Yeni tikilən bina sakinlərin narazılığına səbəb olub.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, narazılığa səbəb binanın qonşu evlərə normadan daha yaxın məsafədə inşa edilməsidir.
İddialara görə, tikinti şirkətinin inşa etdiyi hündür hasar da ötən gün sakinlərdən birinin mənzilinin üzərinə aşıb. Abşeron rayonu, Xırdalan şəhəri, Tofiq Hüseynov küçəsi, 30-cu məhəllə adlanan ərazidə yaşayan dörd ailə təhlükəli şəraitdə yaşadıqlarını bildirir.
Sakinlərin sözlərinə görə, tikintini həyata keçirən "Ekopark MTK" ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də həllini tapmayıb.
Onlar iddia edirlər ki, binalar arasındakı məsafə xeyli az olduğundan tikinti işləri faktiki olaraq onların mənzillərinin üzərində aparılır.