Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Mask süni intellekt sahəsində növbəti yeniliyin anonsunu verdi](https://images.oxu.az/2025/02/13/O5q78f3B4O5NiuFy3wPxCcruk3zJHmm2pE9UBytI:1200.jpg)
Mask süni intellekt sahəsində növbəti yeniliyin anonsunu verdi
"xAI" şirkətinin "Grok" süni intellekti əsasında dil modelinin növbəti nəsli olan "Grok 3" bir və ya iki həftə ərzində buraxılacaq.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu "xAI" şirkətinin sahibi İlon Mask Dubayda Dünya Hökumət Sammitində çıxış edərkən deyib.
"Son sınaqları yekunlaşdırmaq lazımdır. İşin yaxşı yerinə yetirildiyinə əmin olmalıyam. Buna bir həftə, bəlkə də iki həftə vaxt gedəcək. Güman ki, "Grok 3" dünya üzrə süni intellekt bazarında hazırda ən yaxşısıdır".
Qeyd edək ki, "Grok 2" nəsli 2024-cü ilin avqustunda təqdim edilib. İ.Mask süni intellekt sahəsi üzrə "xAI" startapını 2023-cü ilin aprelində təsis edib.
Rəylər