Google istifadəçilərini öz tərəfinə çəkmək istəyən Microsoft bonusların köçürülməsi kampaniyasına başlayıb. Proqram hələ ki yalnız Böyük Britaniyada tətbiq edilir.
Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, bu barədə The Independent məlumat yayıb.
Şərtlərə görə, istifadəçi Microsoft uçot qeydiyyatı ilə Bing-də qeydiyyatdan keçməlidir. İstifadəçilər hər axtarış sorğusu üçün hədiyyə xallar qazanacaqlar.
İstifadəçilər yenilər və bir qədər təcrübəlilərə bölünüb. Belə ki, birincilər gündə 10-dan çox olmayaraq, ikincilər isə 50-yə qədər xal qazana bilərlər.
N.O.
www.oxu.az