Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ondan çox aparıcı media resursuna qarşı siyasi motivli kiberhücumlar həyata keçirilib
"Cari il fevralın 20-də bir sıra media resurslarımıza qarşı kiberhücumlar həyata keçirilib".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın "Azərbaycanın media resurslarına kiberhücumlar" mövzusunda keçirdiyi ictimai müzakirələrdə komissiyanın sədri Ramid Namazov fevralın 20-də bir sıra media resurslarına hücumlarla bağlı danışarkən deyib.
O bildirib ki, budəfəki hücumları əvvəlkilərdən fərqləndirən cəhət isə tətbiq edilən vasitələr və hücumun həm xüsusiyyəti, həm də miqyası idi ki, bu məsələ komissiyanın diqqətini cəlb etdi:
"İlkin araşdırmalar zamanı məlum oldu ki, 10-dan çox aparıcı media resursuna qarşı əlaqələndirilmiş formada və siyasi motivi olan kiberhücumlar həyata keçirilib. Mütəxəssislərin rəyinə görə bu hadisə indiyədək ölkəmizdə baş vermiş, habelə müəyyən edilmiş ən ciddi kibermüdaxilə əməliyyatlarından biri olub.
Qeyd edilməlidir ki, kiberhücumun təhqiqatı kibertəhlükəsizlik sahəsində peşəkar biliklərə və təcrübəyə malik, bir-biri ilə bağlı olmayan və müstəqil fəaliyyət göstərən iki komanda tərəfindən aparılıb. Əldə edilən nəticələr isə bir-biri ilə üst-üstə düşüb".
"Hücumun kim tərəfindən və hansı motivlər əsasında təşkil edildiyini müəyyən etmək üçün sistem qeydlərinin təhlili aparılıb, zərərverici proqram təminatının izləri araşdırılıb, eləcə də hücum edənlərin davranış analizi həyata keçirilib", - komissiya sədri əlavə edib.
Mərahim Nəsib
"Kibertəhlükəsizlik" teqi üzrə xəbərlər
- Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
- DİN: "Vətəndaşların bank kartlarından oğurluqlar davam edir"
- Kiberhücumlar yüksək səviyyədə təşkilatlanmış kibercasus qrupu tərəfindən həyata keçirilib
- Ramid Namazov: "Ölkəmizdə müxtəlif şəxslərə qarşı hədəfli TDoS hücumları baş verib"
- İnformasiya texnologiyaları sahəsində aparılan işlər milli maraqlarımıza əsaslanır