Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edildi
Saməddin Əsədov rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, o, bu təyinatdan öncə nazirlik yanında Kosmik Agentliyi ("Azərkosmos") ASC-nin İdarə Heyətinin sədri olub.
Bununla da, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müavinlərinin sayı 5-ə çatıb.
Nazirlikdən bildirilib ki, "Azərkosmos"un İdarə Heyətinin sədri vəzifəsinə hələ təyinat yoxdur.
Xatırladaq ki, S.Əsədov Azərbaycan Prezidentinin sərəncamına əsasən 2021-ci ildə "Azərkosmos"un İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. O, 2014-2021-ci illərdə "Azərkosmos"da Maliyyə departamentinin direktoru kimi fəaliyyət göstərib, 2011-2014-cü illərdə burada müxtəlif vəzifələrdə çalışıb. 2007-2011-ci illərdə isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, mühasibat uçotu və iqtisadi təhlil departamentinin əməkdaşı olub.
S.Əsədov Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit üzrə bakalavr və magistr təhsili alıb, ADA və Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbinin Adaptiv Strateji İdarəetmə Proqramında iştirak edib, eyni zamanda ADA Universitetinin Maastrixt Menecment Məktəbi ilə birgə təşkil olunmuş strateji idarəetmə üzrə ixtisasartırma kursunu bitirib.
2024-cü ildə Saməddin Əsədov Beynəlxalq Astronavtika Federasiyasının (IAF) elm və akademik əlaqələr üzrə vitse-prezidenti təyin edilib.
"Rəşad Nəbiyev" teqi üzrə xəbərlər
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Özbəkistandan olan nazirləri qəbul edib
- Rəşad Nəbiyev: "Taksilərin sayı 67 mindən 30 minə salınıb"
- Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib, İlham Əliyev müşavirədə çıxış edib
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ