Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı
Seul Milli Texnologiya Universitetinin bir qrup alimi məktəblilərdə düzgün oturuş problemlərinin qarşısını almaq üçün hərəkət sensorları olan "ağıllı" stul yaradıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Science Daily Asia" elmi portalı məlumat yayıb.
Yeni texnologiya şagirdin bədən mövqeyini real vaxt rejimində izləyən və düzgün olmayan oturuşları tez bir zamanda düzəltməyə kömək edən adi məktəb stuluna quraşdırılmış intellektual sistemdir.
Sistem biometrik tərəzi prinsipi ilə işləyən yüksək həssas təzyiq sensorları ilə təchiz edilib. Bu sensorlar çəki paylanmasını təhlil edir və optimal bədən mövqeyindən hətta kiçik sapmaları da qeydə alır.
Əzələ-skelet sistemi ilə bağlı potensial problemlərin erkən aşkarlanmasına imkan verir. Belə ki, yanlış oturuş skolioz, yastıpəncəlik və ya ayaq uzunluğundakı fərqlər kimi xəstəliklərin inkişafına səbəb ola bilər.
Rəylər