Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Selçuk Bayraktar: “Yaxın vaxtlarda “Akıncı” PUA-ları Azərbaycana təhvil veriləcək”
“Çox yaxın zamanda “Akıncı” pilotsuz uçuş aparatları (PUA) Azərbaycana təhvil veriləcək”.
“Report”un xəbərinə görə, bunu “Baykar” şirkətinin texniki direktoru, “TEKNOFEST” aerokosmik və texnologiya festivalının İdarə Heyətinin sədri Selçuk Bayraktar oktyabrın 2-də Bakıda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, azərbaycanlı pilotlar təlimləri uğurla başa vurublar:
“Odur ki, biz ən yaxın gələcəkdə “Akıncı” PUA-larını Azərbaycana təhvil verəcəyik”.
"Dron - Pilotsuz uçuş aparatı (PUA)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar