Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Simsiz şarj cihazlarını seçərkən nələrə diqqət etmək lazımdır - Ekspertdən TÖVSİYƏLƏR
Simsiz şarj cihazları müasir smartfonlar arasında geniş populyarlıq qazanıb. Bu rahat cihazlar qadcetləri istənilən məkanda tez və effektiv şarj etməyə imkan verir. Bəs bütün tələblərə cavab verəcək ideal simsiz şarj cihazını necə seçmək olar?
Oxu.Az-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı ekspert Sergey Birjevoy danışıb.
Onun sözlərinə görə, bir neçə növ simsiz şarj cihazı mövcuddur.
"Məsələn, masaüstü modellər - masada, rəf kimi məhdud məkanı olan yerlərdə rahat yerləşdirilə bilən kompakt cihazlardır. Smartfonu şarj etmək üçün sadəcə şarj stansiyasının səthinə qoymaq kifayətdir. Bu cür cihazlar həm ev, həm də ofis istifadəsi üçün idealdır.
Bundan əlavə, "Qi" standartı üzrə simsiz şarjı dəstəkləyən poverbanklar da mövcuddur. Bunlar mobil telefonları, qulaqlıqları və ya səs kolonkalarını şarj etmək üçün uyğundur. Poverbankların əsas üstünlüyü onların kompaktlığı və istifadə rahatlığıdır", - deyə o izah edib.
Mütəxəssisin fikrincə, ilk növbədə smartfonun simsiz şarj imkanını dəstəkləyib-dəstəkləmədiyini və cihazın standart tələblərinə uyğun olub-olmadığını müəyyən etmək lazımdır.
"Həmçinin həddindən artıq qızma və nasazlıqlardan qaçmaq üçün şarj cihazı yüksək keyfiyyətli materiallardan hazırlanmalıdır. Onun səthinin mat və rezin detallar da daxil olmaqla sürüşməyə qarşı xüsusiyyətlərə malik olması tövsiyə olunur. Bu, telefonun düşməsinin qarşısını almağa kömək edəcək. Şarj cihazının səth materialına diqqət yetirin - məsələn, aşağı keyfiyyətli plastik, telefonla tez-tez təmasdan cızıqlar və aşınma izləri ilə örtülür.
Əgər məşhur smartfona sahibsinizsə, "Qi" standartı optimal seçim olacaq. Ən sürətli şarjı seçən "Apple" istifadəçiləri üçün "MagSafe" dəstəkli cihaz uyğun olacaq, eyni zamanda bir neçə cihazı şarj etmək istəyirsinizsə və ya şarj cihazından ictimai yerlərdə istifadə etməyi planlaşdırırsınızsa, "Rezence" variantını nəzərdən keçirin", - deyə Birjevoy bildirib.
O qeyd edir ki, bütün simsiz şarj cihazları eyni şarj sürətini təmin etmir.
"Bu, cihazın özünün gücündən və konkret telefonla uyğunluğundan asılıdır. Əgər mobil telefon sürətli şarj funksiyasını dəstəkləyirsə, 15 Vt və daha yüksək güclü şarj cihazına diqqət yetirmək məqsədəuyğundur.
Əgər siz tez-tez evdə olmursunuzsa, səyahət edirsinizsə və ya ezamiyyətlərə gedirsinizsə, poverbankları nəzərdən keçirmək lazımdır. Rahat həll iki funksiyanı bir cihazda birləşdirir. Əsas məsələ aksesuarın tutumunu yoxlamaqdır (optimal 5 000-20 000 mAh). Həmçinin smartfonunuzun kifayət qədər gücü dəstəklədiyinə əmin olun", - deyə ekspert yekunlaşdırıb.
Rəylər