"Tesla" şirkəti "Optimus" humanoid robotu üçün real istifadə sahəsi tapıb. O, artıq ev işlərində yardımçı rolunu oynayır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə şirkətdən bildirilib.
Tərtibatçıların sözlərinə görə, robot bişirə bilir, evi təmizləyir, paltar ütüləyir və daha bir çox gündəlik işi yerinə yetirməyə qadirdir. Ən maraqlısı isə odur ki, "Optimus" bu bacarıqları insanların videolarına baxaraq öyrənir. Məşq prosesində neyroşəbəkə insanların hərəkətlərini təhlil edir və bu məlumatları robotun "beyninə" ötürür.
Beləliklə, "Tesla"nın "dəmir köməkçi"si gündən-günə daha bacarıqlı və faydalı olur.