21 
İyl
2019
10:36
30
70
4129
Virtual karabakh

Koçno daşının sirri: Ulduz xəritəsi, yoxsa? - FOTO

1887-ci ildə şotlandiyalı arxeoloq Ceyms Harvi Klaydbank şəhəri yaxınlığındakı fermada ölçüləri 9x18 metr olan sirli daş plitə aşkar etdi.

Oxu.Az rus mətbuatına istinadən xəbər verir ki, daş plitə sonradan Koçno daşı adlandırıldı.

Qısa müddət sonra bu daş bütün dünyanın bir çox alimlərinin marağına səbəb oldu. Çünki daşın üzərində məzmunu məlum olmayan petroqliflər çizilmişdi. Tədqiqatçılar hələ də dairə, xətt və spiral formasında olan sirli simvolları oxuya bilməyiblər. Amma daş plitənin 5 min il əvvələ aid olduğu üzə çıxıb.

Zaman keçdikcə Koçno daşı təkcə alimlərin yox, həm də çoxsaylı turistlərin marağına səbəb oldu. Amma turistlərin marağı daşın məhv olması ilə nəticələnəcəyi üçün 1965-ci ildə yerli idarəetmə orqanları daşı torpağa basdırdılar və gələcək nəsillər üçün saxladılar. Ehtimal edilirdi ki, petroqliflər gələcəkdə oxuna bilər.

Hazırda isə Koçno daşı müasir tədqiqat layihəsi çərçivəsində torpaqdan çıxarılıb. Alimlər daş plitənin surətini çıxarmaq və bütün petroqlifləri köçürmək istəyirlər. Bir sıra müstəqil tədqiqatçıların fikrinə əsasən, daşın üzərində ulduz xəritəsi çizilib və bunu qədim dövrdə yadplanetlilər ediblər. Amma səbəbini çox güman ki, biz hələ uzun müddət bilməyəcəyik.

Maraqlıdır ki, 2017-ci ildə İngiltərənin Çerhill kəndi yaxınlığındakı tarlada növbəti sirli dairə peyda oldu. Dairədəki rəsm isə Koçno daşındakı simvollardan biri ilə eyni idi.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri