Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq digər sahələrdə də davam edəcək.
Oxu.Az Maliyyə nazirliyinə istinadən xəbər verir ki, bu sözləri Bankın prezidenti Takehiko Nakao Maliyyə naziri Samir Şərifovla görüşü zamanı səsləndirib.
Nazirliyin məlumatına görə, görüşdə qlobal makroiqtisadi proseslər, onların Azərbaycan iqtisadiyyatına təsirləri barədə fikir mübadiləsi aparılıb.
Daha sonra bankın prezidenti toplantının keçiriləcəyi mərkəz ilə tanış olub və qeydiyyat mərkəzinə gələrək öz yaxa nişanını əldə edib.
Qeyd edək ki, bankın prezidenti mayın 2-dən 5-dək keçiriləcək Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında iştirak etmək üçün Bakıdadır.
Məlumat üçün bildirək ki, tolantıda 3000-nə yaxın iştirakçının, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmilərinin, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də tanınmış alimlər, ekspertlər, gənclər və KİV nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Ülviyyə R. Əli
www.oxu.az