"2025-ci ilin nəticələrinə əsasən, ölkənin strateji valyuta ehtiyatları 14 milyard ABŞ dolları artıb".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, qeyd olunan məbləğ illik əsasda təxminən 19.8 faiz artım deməkdir:
"Strateji valyuta ehtiyatları 85.1 milyard ABŞ dolları səviyyəsində formalaşıb. Mərkəzi Bankın ehtiyatları 11.5 milyard ABŞ dolları səviyyəsinə çatıb".
Aygün Mirakif