Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda dövlət və özəl sektorlarda muzdluların sayı bərabərləşib
“Azərbaycan tarixində ilk dəfə olaraq dövlət və özəl sektorlarında çalışan muzdlu işçilərin sayı bərabərləşib”.
“Report” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.
Nazir bildirib ki, bu gün Azərbaycanda mülki sahədə çalışan muzdlu işçilərin sayı tariximizdə ilk dəfə olaraq 1 milyon 800 min nəfəri keçib:
“Uzun illərdir ki, hər zaman muzdlu əmək münasibətlərində dövlət sektoru üstünlük təşkil edirdi. Artıq bununla bağlı göstəricilər bərabərləşib. Son beş il ərzində özəl sektor üzrə 400 mindən artıq iş yeri yaradılıb. Bu sahədə özəl sektorun atdığı addımı yüksək qiymətləndirilməlidir və görülən işlər ölkə iqtisadiyyatının inkişafı üçün çox mühüm addımdır”, - deyə S.Babayev qeyd edib.
"Sahil Babayev" teqi üzrə xəbərlər
- Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST Mərkəzini ziyarət ediblər
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Ölkəmizdə dördüncü Karyera İnkişaf Forumu keçirilir
- Sahil Babayev: "Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayı 50% və ya 609 min artıb"
- Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib