Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda ən çox xarici borc cəlb edən dövlət qurumları - SİYAHI
1 iyul 2024-cü il tarixinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 361.3 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə xarici dövlət borc portfelinin 2 milyard 176.687 milyon ABŞ dolları (40.6%-i) büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 3 milyard 184.612 milyon ABŞ dolları (59.4%-i) isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.
Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Aşağıdakı cədvəldə 1 iyul 2024-cü il tarixinə dövlət qurumlarının proqram və layihələri həyata keçirmək üçün cəlb etdiyi xarici borcun məbləği verilib.
Dövlət Qurumları | Xarici borcun məbləği, min ABŞ dolları |
Azəravtoyol | 1 050 814.8 |
Dövlət Su Ehtiyatları Agentliyi | 788 111,1 |
Azərbaycan Dəmir Yolları | 729 136,8 |
NMR Meliorasiya və Su Təsərrüfatı Agentliyi | 193 006,8 |
Kənd Təsərrüfatı | 139 393,8 |
Digər qurumlar | 284 148,9 |
"Dövlət büdcəsi" teqi üzrə xəbərlər
- Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
- Azərbaycanda hərbi hissə komandirinin 150 min manatı ələ keçirildi
- Maliyyə naziri: "Ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün alışlar həyata keçirilib"
- Sosial müavinət və təqaüdlərin artırılması niyə gecikir?
- Dövlət büdcəsinin gəlirləri 14 milyard manata yaxınlaşıb