Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki buraxılışında Azərbaycanda həyata keçirilən sosial islahatların nəticələri müzakirə edilib.
Azərbaycanda sosial və investisiya siyasəti arasında tarazlıq necə qorunur? Azərbaycanın sosialyönümlü büdcə modeli necə formalaşıb? Sosialyönümlü büdcə siyasəti 2026-2030-cu illərdə nə vəd edir? Sosial siyasətdə şəffaflıq mexanizmləri Azərbaycanda nəyi dəyişib? Vətəndaşların aldıqları əmək pensiyası onların ehtiyacını nə dərəcədə qarşılayır?
Millət vəkilləri - Azər Badamov, Aydın Hüseynov, iqtisadçılar - Allahverdi Aydın, Rəşad Həsənovla bu və digər suallar ətrafında fikir mübadiləsi aparılıb.