Azərbaycanda birbaşa əhalinin istehlakı üçün nəzərdə tutulmuş kərə yağının hazırlanması və satışına dair əsas tələblər açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin Kollegiyası tərəfindən təsdiqlənən və dekabrın 24-dən qüvvəyə minən AZS 840-2015 (CODEX STAN 279-1981) “Kərə yağı” dövlət standartında əksini tapıb.
“Kərə yağı xüsusi olaraq süddən alınmış və ya süddən hazırlanmış məhsullardan alınmış, əsasən suda - yağ emulsiya tipli formaya malik yağ məhsuludur. Kərə yağı üçün xammal olaraq süd və ya süddən alınmış məhsullar, xörək duzu, təhlükəsiz laktan turşusunun başlanğıc kulturaları və ya qoxu yaradan bakteriyalar və içməli sudan istifadə edilməlidir.
Kərə yağının tərkibində minimum minimum süd yağının miqdarı 80% m/m, maksimum su miqdarı 16% m/m, maksimum qeyri – yağ tərkibli südün quru maddəsinin miqdarı 2% m/m olmalıdır.
Markalanma zamanı məhsulun adı “Kərə yağı” olmalıdır. “Kərə yağı” adı müvafiq xüsusiyyətlərlə birlikdə 95% yağlılığa malik kərə yağları üçün istifadə edilə bilər. Kərə yağının duzlu və ya duzsuz olması qeyd edilir.
Tərkibindəki süd yağı miqdarının açıqlanmadığı təqdirdə istehlakçı yanıldılarsa süd yağı miqdarının açıqlanması satış aparılan ölkədə ümumi kütlənin faiz nisbəti formasında və ya porsiyaların sayının göstərilməsi şərti ilə, etiketdəki məlumatlara müvafiq olaraq hər porsiyadakı çəki (qram) formasında son istehlakçıya çatdırılır.
Qeyri-pərakəndə (topdan) satış üçün nəzərdə tutulmuş konteynerlərin markalanmasına gəlincə, tələb edilən məlumat ya konteyner üzərində yaxud məhsulun adı, partiya nömrəsi və istehsalçının və qablaşdıranın adı və ünvanı istisna olmaqla digər məlumatlar əks edilmiş əlavə sənəddə göstərilir.
Partiya nömrəsi, istehsalçının və qablaşdıranın adı və ünvanı tanıdıcı işarələnmə ilə də əvəz edilə bilər və bu işarələnmə bir mənalı olaraq müşayiət edən sənədi təyin edir”, - deyə komitədən bildirilib.
Ülviyyə R. Əli
www.oxu.az