Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanda lotereya təşkilatçılarının üzərinə yeni öhdəlik qoyuldu
İqtisadiyyat Nazirliyinin Kollegiyası 5 dekabr 2022-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Lotereyaların təşkili və keçirilməsi Qaydası"na, "Virtual lotereyanın təşkili və keçirilməsi Qaydası"na və "Stimullaşdırıcı lotereyanın təşkili və keçirilməsi Qaydası"na dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra lotereya təşkilatçıları terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədilə "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunla müəyyən edilmiş tədbirləri yerinə yetirməlidirlər.
Nazirliyin Hüquq şöbəsinə bu qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
"Stimullaşdırıcı lotereya" teqi üzrə xəbərlər
- Ailə, iş, yoxsa sadəcə yaşamaq?
- Metroya yaxın, premium mənzillər, faizsiz kreditlə - "City Garden Narimanov"da
- Lotereya qalibinin inanılmaz şans hekayəsi: Az qala bileti itirmişdi
- "Birbank Bahar Lotereyası" başlayır: Superpriz "Toyota Corolla" avtomobili
- "Expressbank" 18 müştərisinə qiymətli hədiyyələr təqdim etdi