Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) hərrac keçirib.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, hərracda paytaxtın müxtəlif rayonlarında, o cümlədən regionlarda yerləşən kiçik dövlət müəssisələri, habelə nəqliyyat vasitələri özəlləşdirilib.
Hərrac prosesində ən yüksək qiymətə özəlləşdirilən əmlak Gəncə şəhərində yerləşən Gəncə şəhər 4 saylı təsərrüfat hesablı poliklinika olub. Qeyd olunan əmlak 212 min 500 manata özəlləşdirilib.
Özəlləşdirilən obyektin ümumi faydalı sahəsi 577,8 kv.m-dir. Özəlləşdirilən qeyri-yaşayış sahələri paytaxtın Sabunçu rayonunda, habelə regionlarda Gəncə və Şəmkir şəhərində yerləşir.
Hərracda özəlləşdirilmiş 3 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan, lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir.
U.A.
www.oxu.az