“Azərişıq” ASC abonentlər üçün 15 rəqəmli kod sisteminin tətbiqi işlərini davam etdirir.
Oxu.Az-a bu barədə ASC-dən bildirilib.
Qurum qeyd edib ki, artıq ötən qısa müddət ərzində yeni kodlar Bakının Mehdiabad, Bağlar, Fatmayi, Novxanı, Xırdalan və Qobustan qəsəbələrində istifadə olunur.
Həmçinin Şimal Regionu üzrə (Sumqayit, Xaçmaz, Quba, Qusar, Xızı, Şabran, Siyəzən) və Şimal-Qərb Regionu üzrə (Qəbələ, İsmayıllı, Oğuz, Şəki, Balakən, Zaqatala, Qax, Şamaxı) tamamilə 15 rəqəmli kod sistemi fəaliyyətdədir və Abonent İnformasiya Sistemi “Azərişıq” ASC-nin bütün elektrik şəbəkələrini əhatə edəcək.
Vahid 15 rəqəmli kodun tətbiqi “ORACLE” verilənlər bazasının üzərində qurulur.
Qeyd edək ki, bu sistemin tətbiqi Abonent İnformasiya Sisteminin vahid bazada birləşdirəcək və məlumat mübadiləsinin “online” rejimdə icra olunmasına imkan yaradacaq. İnformasiya sisteminin vahidliyi baş verə biləcək neqativ halların qarşısının alınması ilə yanaşı informasiyanın dəqiqliyini də təmin edəcək.
Ülviyyə R. Əli
www.oxu.az