Sürüşmə zonasında saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə kütləsi süxurlarının yola doğru hərəkəti yenə də müşahidə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahın məlumatında deyilir.
Bildirilir ki, ərazidə nisbi stabillik qalmaqdadır.
09.28
Badamdar sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə ciddi dəyişiklik qeydə alınmayıb.
Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.
Məlumata görə, yuxarı evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur:
“Vəziyyət stabilləşməyə doğru gedir”.