Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bankların qiymətləndirilməsi meyarları TƏSDİQLƏNDİ
Azərbaycan Mərkəzi Bankı (AMB) "Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları"nı təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu meyarlar "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 57-9.2-ci maddəsinə uyğun olaraq hazırlanıb və Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların və xarici bankların yerli filiallarının sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi meyarlarını müəyyən edir.
Qeyd edilib ki, bankın sistem əhəmiyyətliliyi aşağıdakı cədvəldə verilmiş göstəricilər (kateqoriyalar, indikatorlar və həmin indikatorlara verilmiş xüsusi çəkilər) vasitəsilə qiymətləndirilir:
No | Kateqoriya | İndikator | Xüsusi çəki (%) |
1 | Ölçü | Cəmi aktivlər | 30% |
Depozit portfeli | 10% | ||
2 | Şaxələnmə | Maliyyə institutları qarşısında öhdəliklər | 8.3% |
Maliyyə institutlarında yerləşdirilən aktivlər | 8.3% | ||
Qiymətli kağızlar üzrə öhdəliklər | 8.3% | ||
3 | Əvəzolunmazlıq | Ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatlar | 7.5% |
Əmanətçi sayı | 7.5% | ||
Unikal müştəri sayı | 7.5% | ||
Maliyyə inklüzivliyi | 7.5% | ||
4 | Mürəkkəblik | Birjadankənar törəmə maliyyə alətləri | 2.5% |
Ticarət məqsədləri üçün nəzərdə tutulan qiymətli kağızlar | 2.5% |
Qeyd edilib ki, sistem əhəmiyyətli bankların siyahısı hər il 1 mart tarixinədək Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə təsdiq edilir.
Sistem əhəmiyyətli bankların müəyyən edilməsi barədə qərar qəbul edildiyi tarixdən beş iş günü ərzində bu barədə müvafiq banka və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı məlumat verilir və sistem əhəmiyyətli bankların siyahısı Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində dərc olunur.
"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
- Natali Muravidze: "AZIR indeksinin yenilənməsi ölkənin maliyyə bazarları üçün dönüş nöqtəsidir"
- Azərbaycanda nağd ödəniş azalır, kartlar çoxalır
- Adınıza kredit götürürlər, bank necə məsuliyyət daşımır?
- Nazirlər Kabineti mədəni və yaradıcı sənaye ilə bağlı qərar verdi
- Azərbaycan Mərkəzi Bankının sədrinin müşaviri vəzifəsindən azad edilib