"Mikromaliyyə təşkilatları üçün borc bazarında minimal hədd 500 min manata endiriləcək".
Oxu.Az xəbər verir ki, bunu Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədrinin müavini Oqtay Qasımov Mikromaliyyə Forumunda deyib.
O bildirib ki, borc bazarı seqmentində nominal minimal tələb bir milyon manatdır:
"Mikromaliyyə təşkilatlarına əlçatanlığı artırmaq üçün bu məbləği 500 min manata endiririk. Bu barədə artıq qərar verilib, yaxın zamanda rəsmi olaraq açıqlanacaq".
Məlik Məlikov