"Azərbaycan Mərkəzi Bankının (AMB) əsas məqsədlərindən biri də 2030-cu ilə qədər mikromaliyyə sahəsində çevikliyi artırmaqdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri AMB-nin baş direktoru Fuad İsayev Mikromaliyyə Forumunda deyib.
O bildirib ki, mikromaliyyənin əsas məqsədi kiçik və orta sahibkarları real sektorun inkişafına cəlb etməkdir:
"Bundan başqa, Azərbaycanda 54 bank olmayan kredit təşkilatı (BOKT) var. Onların yarıdan çoxu regionlarda fəaliyyət göstərir. Həmçinin 34 kredit ittifaqı fəaliyyət göstərir. Bunlardan biri istisna olmaqla hamısında özəl sektor təmsil olunur. 2025-ci ildə BOKT sektorunun aktivləri 25% artıb. Hazırda bu rəqəm 1 milyard 240 milyon manat təşkil edib. BOKT-lərin kapitalı ötən il 26.2% artaraq üç milyon manatı üstələyib. Ümumilikdə BOKT-lərin kapitalı ümumi aktivlərin 24.5%-ni təşkil edir".
AMB rəsmisi qeyd edib ki, son üç ildə BOKT 86 milyon manat istiqraz buraxıb.
Məlik Məlikov