BP şirkəti Azərbaycanın “Azəri-Çıraq-Günəşli” layihəsində “Exxon” və “Chevron”un paylarının satın alınmasını nəzərdən keçirməyə hazırdır.
Belə bir açıqlama ilə şirkətin baş icraçı direktoru Robert Dadli çıxış edib.
İnterfax-ın məlumatına görə, o bildirib ki, AÇG-də iştirakdan məmnundurlar.
“Düşünürəm ki, payımızı artırmaq imkanı meydana çıxarsa, bu, bizim üçün təbii seçim olacaq, lakin hər şey qiymətdən asılı olacaq. Hələlik “Exxon” və “Chevron” öz paketlərini qiymətləndirirlər və satış üzrə tenderə başlamayıblar”.
Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” layihəsində BP-nin payı 30,37%, ARDNŞ-nin - 25%, “Chevron” və “ExxonMobil”in – müvafiq olaraq 9,57% və 6,79%, “ONGC”-nin - 2,31%, “Inpex Corp. və “Itochu Oil”in müvafiq olaraq 9,31% və 3,65%, “Statoil”in 7,27%, “TPAO”-un 5,73% təşkil edir.