Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2018-ci ildə apardığı nəzarət tədbirləri nəticəsində 7 milyon 27 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edib.
Nazirlikdən Oxu.Az-a verilən xəbərə görə, 2018-ci ildə 12 təşkilat üzrə aşkar edilmiş artıq ödənişlərin 4 milyon 550 min manat hissəsinə dair nəzarət tədbirləri üzrə mənimsəmə əlamətləri müşahidə olunan nöqsanlara hüquqi qiymət verilməsi məqsədilə müvafiq sənədlər Baş Prokurorluğa göndərilib.
Həmin 12 təşkilat bunlardır:
| Sıra | Nəzarət obyektlərinin | Nəzarət tədbirinin | Nəzarət tədbirinin | Nəzarət | Aşkar edilmiş | Dövlət büdcəsinə | Nəzarət tədbirlərinin nəticələri |
| 1 | Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu | Xidmətin iş planı | Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması | 01.01.2014 | 370,73 | 7,43 | Baş Prokurorluğa göndərilib |
| 2 | Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Yevlax Rayon Baytarlıq İdarəsi | Xidmətin 6 saylı Regional maliyyə müfəttişliyinin iş planı | Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması | 01.08.2014 | 102,49 | - | Baş Prokurorluğa göndərilib |
| 3 | Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu | Xidmətin 5 saylı Regional maliyyə müfəttişliyinin iş planı | Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması | 01.04.2014 | 83,54 | - | Baş Prokurorluğa göndərilib |
| 4 | Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ağstafa Mərkəzi Rayon Xəstəxanası | Xidmətin iş planı | Dövlət büdcəsinin Ağstafa rayonu üzrə yerli gəlir və xərclərindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması | 01.08.15 | 575,89 | - | Baş Prokurorluğa göndərilib |
| 5 | Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçmiş Salyan Rayon Mədəniyyət və Turizm Şöbəsi | Xidmətin iş planı | Dövlət büdcəsinin Salyan rayonu üzrə yerli gəlir və xərclərindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması | 01.04.15 | 310,45 | - | Baş Prokurorluğa göndərilib |
| 6 | Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ağdaş Rayon Təhsil Şöbəsi | Xidmətin 9 saylı Regional maliyyə müfəttişliyinin iş planı | Dövlət büdcəsinin Ağdaş rayonu üzrə yerli gəlir və xərclərindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması | 01.08.14 | 60,05 | - | Baş Prokurorluğa göndərilib |
| 7 | Göyçay Rayon İcra Hakimiyyəti başçısının Ləkiçıplaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi | Xidmətin 9 saylı Regional maliyyə müfəttişliyinin iş planı | Dövlət büdcəsinin Göyçay rayonu üzrə yerli gəlir və xərclərindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması | 01.12.13 | 60,19 | - | Baş Prokurorluğa göndərilib |
| 8 | Bərdə Rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi | Xidmətin 6 saylı Regional maliyyə müfəttişliyinin iş planı | Dövlət büdcəsinin Bərdə rayonu üzrə yerli gəlir və xərclərindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması | 01.10.14 | 46,53 | - | Baş Prokurorluğa göndərilib |
| 9 | Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Şəki Şəhər Məşğulluq Mərkəzi | 5 saylı Regional maliyyə müfəttişliyinin iş planı | Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması | 01.01.13 | 36,22 | 4,77 | Baş Prokurorluğa göndərilib |
| 10 | Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş 15 saylı Ərazi Ekologiya və | 10 saylı Regional maliyyə müfəttişliyinin iş planı | Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması | 01.07.10 | 29,19 | - | Baş Prokurorluğa göndərilib |
| 11 | Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Ağdaş Rayon Məşğulluq Mərkəzi | 9 saylı Regional maliyyə müfəttişliyinin iş planı | Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması | 01.01.13 | 18,22 | - | Baş Prokurorluğa göndərilib |
| 12 | Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhərinin Nəsimi Rayon Məşğulluq Mərkəzi | Xidmətin iş planı | Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması | 01.01.16 | 2 857,04 | - | Baş Prokurorluğa göndərilib |