İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.
Nazirlikdən Oxu.Az-a verilən məlumata əsasən, monitorinqlər zamanı Bakının Nərimanov, Binəqədi, Nəsimi, Nərimanov rayonlarında, Sumqayıt, Şirvan, Gəncə, Səlyan, Xaçmaz, Ağsu, Füzuli, Masallə, Qəbələ və Tərtərdə mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Yararsız mallar aşkarlanan mağazalar aşağıdakılardır:
Bakının Nərimanov rayonunda
- Fətəli xan Xoyski prospekti, 108 ünvanında Afət Məmmədovaya məxsus mağazada;
Sumqayıt şəhərində
- 1-ci mikrorayonda Eldar Umudova və Tamella Quliyevaya məxsus mağazalarda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Binəqədi rayonunda
- M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 4 ünvanında Kifayət Teymurovaya məxsus mağazada;
Goranboy şəhərində
- V.Bayramov küçəsində Məryəm Aslanovaya məxsus mağazada;
Şirvan şəhərində
- 1 May küçəsi, 92 ünvanında Vəkil Şükürova məxsus "Şam Qalası" restoranında;
- T.İsmayılov küçəsində Faiq Məmmədova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Nəsimi rayonunda
- M.Qaşqay küçəsi, 10 ünvanında Bəxtiyar Bayramova məxsus mağazada;
Nərimanov rayonunda
- Ə.Əliyev küçəsi, 19 ünvanında Saraxanım Quliyevaya məxsus mağazada;
Binəqədi rayonunda
- Sulutəpə qəsəbəsində Bahar Qurbanovaya məxsus mağazada;
Sumqayıt şəhərində
- 6-cı mikrorayon, 1A ünvanında Yeganə Bayramovaya məxsus mağazada;
Gəncə şəhərində
- Atatürk prospekti, 265 ünvanında Kamal Ağayevə məxsus mağazada;
Salyan şəhərində
- H.Z.Tağıyev küçəsində Rəşadət Məmmədova məxsus mağazada;
Xaçmaz rayonunda
- Hacıəlibəy kəndində Faiq Pənahova məxsus mağazada;
Ağsu şəhərində
- Vidadi küçəsində Fuad Zərbaliyevə məxsus mağazada;
Masallı şəhərində
- 20 Yanvar küçəsi, ev 18 ünvanında Balakişi Qardaşova məxsus mağazada;
Qəbələ rayonunda
- Vəndam qəsəbəsində Qəzalə Aslanovaya məxsus mağazada;
Tərtər rayonunda
- Söylən kəndində Qərib Nəbiyevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
www.oxu.az