Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
BVF 2024-25-ci illər üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Beynəlxalq Valyuta Fondu (BVF) 2024-cü ildə Azərbaycanda iqtisadi artım proqnozunu 3.2%-ə qədər artırıb.
"Report"un xəbərinə görə, bu, "World Economic Outlook" hesabatının oktyabr buraxılışında əksini tapıb.
Aprel ayında BVF cari il üçün Azərbaycanda iqtisadi artımı 2.8% səviyyəsində proqnozlaşdırırdı. Yeni hesabata əsasən, 2025-ci ildə artımın 2.5% olacağı (aprel proqnozunda 2.3%) gözlənilir, 2029-cu il üçün isə proqnoz 2.4% səviyyəsində saxlanılıb.
Ümumilikdə, Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə iqtisadi artım 2024-cü ildə 2.4%, 2025-ci ildə 3.9%, 2029-cu ildə 3.8% səviyyəsində proqnozlaşdırılır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında ölkədə 92.8 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4.7% çoxdur. Neft-qaz sektorunda əlavə dəyər 0.9%, qeyri-neft-qaz sektorunda isə 7.1% artım göstərib.
Azərbaycan hökuməti 2024-cü ildə ÜDM artımını 4.2%, 2025-ci ildə 3.5%, 2026-cı ildə 2.8%, 2027-ci ildə 3.8%, 2028-ci ildə isə 3.3% səviyyəsində proqnozlaşdırır. Eyni zamanda, neft-qaz sektorunda 2024-cü ildə 0.3%, 2025-ci ildə 0.5% artım, 2026-2028-ci illərdə isə müvafiq olaraq 3%, 0.1% və 2.1% azalma gözlənilir.
Qeyri-neft-qaz sektorunda isə sabit artım proqnozlaşdırılır: 2024-cü ildə 6.4%, 2025-ci ildə 4.9%, 2026-2028-ci illərdə isə təxminən 5%.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda ÜDM 1.1% artıb.
"Beynəlxalq Valyuta Fondu" teqi üzrə xəbərlər
- BVF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in artacağını proqnozlaşdırır
- Bankların problemli kreditləri AMB-nin açıqladığı rəqəmdən niyə iki dəfə çoxdur?
- COP29 sədrliyi ilə Beynəlxalq Valyuta Fondunun icraçı direktoru arasında görüş olub
- BVF Azərbaycanda inflyasiyanın yavaşlayacağını proqnozlaşdırdı
- BVF Ukraynaya 1.1 milyard dollar ayıracaq