Daim kommunikasiya kanallarının genişləndirilməsi və təkmilləşdirilməsi üzərində çalışan "DəmirBank" yeni rəqəmsal əlaqə kanallarını müştərilərin istifadəsinə təqdim edir. Belə xidmətlərdən biri də Bankın rəsmi "WhatsApp" hesabının istifadəyə verilməsidir.
Artıq "DəmirBank" müştəriləri bir sıra xidmətlər üçün filiala yaxınlaşmadan "Whatsapp" vasitəsilə Banka müraciət edə bilərlər. Xidmət həftəiçi, saat 09:00-18:00 arasında aktivdir. Müştərilər bank xidmət və məhsulları ilə bağlı suallarını yaza və ya plastik kart, kredit və kredit xəttini online sifariş edə bilər.
Qeyd edilən xidmətdən yararlanmaq üçün "WhatsApp" üzərindən +994050 2252 149 nömrəsinə müraciət edə bilərsiniz.