"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsin tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman və tibbi vasitələrin alınmasına görə xərcləyəcəyi pulun miqdarı məlum olub.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq prosedurlara başlanılıb.
Belə ki, müxtəlif adda vəsaitlərin alınmasına xərclənəcək ilkin ehtimal olunan məbləğ 7 milyon 603 min 964 manatdır.