Dünya bazarında neftin cüzi bahalaşması müşahidə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:16-da Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 0.28 dollar (0.38%) bahalaşaraq bir barel üçün 73.23 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent"in qiyməti 0.96 dollar (1.3%) azalaraq bir barel üçün 72.95 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.26 dollar (0.37%) artaraq bir barel üçün 69.76 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 1.25 dollar (1.77%) ucuzlaşaraq bir barel üçün 69.50 dollara satılmışdı.