Qlobal bazarlarda neft ardıcıl olaraq dördüncü sessiyadır ki, bahalaşmaqda davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE birjasında oktyabr ayında çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.44 dollar (0.48%) artaraq bir barel üçün 91.46 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" 0.15 dollar (0.17%) bahalaşaraq bir barel üçün 91.02 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) sentyabr ayında çatdırılma ilə WTI markalı xam neftin füçersləri 0.48 dollar (0.57%) bahalaşaraq bir barel üçün 85.42 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neft 0.44 dollar (0.52%) artaraq bir barel üçün 84.94 dollara satılmışdı.