Ölkəmizin müxtəlif iaşə/ticarət mərkəzlərində, biznes plazalarda, iri market və mağazalarda, yanacaqdoldurma məntəqələrində quraşdırılmış “ExpressPay” ödəniş terminalları sürətli və rahat ödəmə vasitələri kimi tanınır.
Müxtəlif növ ödənişlər həyata keçirə biləcəyiniz “ExpressPay” terminalları artıq “Bakı Metropoliteni”nin stansiyalarında da quraşdırılmış və müştərilərin istifadəsinə verilmişdir.
“ExpressPay” hazırda bank tərəfindən təqdim olunan ən geniş ödəniş terminalları şəbəkəsidir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılan Hökumət Ödəniş Portalı sisteminə qoşulmaqla müştərilərə müxtəlif növ dövlət ödənişlərini ödəməyə imkan verir.
Belə ki, müştərilər Azərbaycan İpoteka Fondu, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, ARDNŞ-in “Azəriqaz” İB, “Azəristilik” ASC, Stasionar Telefon Xidmətləri üzrə 110-dan artıq xidmət üçün inzibati cərimə, rüsum və başqa büdcə ödənişlərini “ExpressPay” terminalları vasitəsilə həyata keçirə bilərlər.
Bundan əlavə, ödəniş terminallarında “Expressbank”a aid ödənişlər, digər bank və bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, internet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər üzrə ödənişlər də mövcuddur.
Bu terminalları vasitəsilə edilən ödənişlər və hesaba mədaxillər dərhal həyata keçir və ödəniş əsasında qəbz təqdim olunur.
Expressbank-ın xidmətləri və “ExpressPay” barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
U.A.
www.oxu.az