"Əməkdaşlıq olmadan ciddi nailiyyət əldə etmək mümkün deyil".
Oxu.Az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentin müavini Hikmət Abdullayev 31-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində "Upstream" əməliyyatlarında emissiyaların azaldılması: Praktiki yanaşmalar - metan emissiyalarının azaldılması, elektrikləşdirmə və dərhal təsir göstərən əməliyyat səmərəliliyinin artırılması" adlı panel müzakirəsində deyib.
O bildirib ki, müxtəlif texnologiyalara sahib şirkətlər kimi, əməliyyat şirkətlərinin yeni texnologiyalara, ən son tədqiqatlara və elmi nailiyyətlərə çıxışları heç də asan deyil:
"Ona görə də əməkdaşlıq olmadan ciddi nailiyyətlər əldə etmək mümkün deyil. Kommunikasiyaların olmaması işin irəli getməsinə maneə törədə bilir. Əməliyyat şirkətləri texnologiya sahəsindəki ən son yenilikləri izləyə bilmirlər, onlar yalnız öz əməliyyat dayaqlarını təqdim edə bilərlər. Ona görə əməkdaşlıq olmalıdır ki, əməliyyatçı şirkət özünə lazım olan ən son texnologiyaları əldə edə bilsin".