Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 2033-cü il yanvarın 1-ə kimi müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, habelə xammal və materialların idxalı zamanı əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumundan azaddırlar.
Baku TV-nin məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin şöbə müdirinin müavini Fariz Əhmədov deyib.
Onun sözlərinə görə, sahibkarlıq subyektlərindən mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə azadolmalar tətbiq edilir.
Daha ətraflı videomaterialda: