Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən avadanlıqların, lisenziyaların və texniki sistemlərin alınması ilə bağlı keçirilən satınalma müsabiqəsi başa çatıb.
Oxu.Az xəbər verir ki, 3 milyon 136 min 973.97 manat məbləğində olan tenderin qalibi "Caspel" MMC olub.
Satınalma çərçivəsində rack kabinetlər, UPS sistemləri, müşahidə kameraları, kondisionerlər və digər texniki avadanlıqların alınması və quraşdırılması nəzərdə tutulur. Mallar beynəlxalq standartlara uyğun şəkildə montaj ediləcək və tam işlək vəziyyətdə təhvil veriləcək. Müşahidə və şəbəkə sistemlərinin qurulması, eləcə də kondisionerlərin texniki tələblərə uyğun quraşdırılması peşəkar mütəxəssislər tərəfindən icra olunacaq.