Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mansur Oşurbayev: "İqlim dəyişikliyi Xəzər dənizinin səviyyəsinin davamlı azalmasına səbəb olur"
"İqlim dəyişikliyi antropogen təsirlərlə birlikdə Xəzər dənizinin səviyyəsinin davamlı azalmasına səbəb olur".
Oxu.Az xəbər verir ki, bunu Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev COP29 çərçivəsində keçirilən "İqlim dəyişikliyi fonunda Xəzər dənizinin səviyyəsinin enməsi" mövzusunda yüksəksəviyyəli görüşdə deyib.
Onun sözlərinə görə, araşdırmalar göstərir ki, 2030-cu ilə qədər Xəzər dənizinin səviyyəsi -29,6 metrə enəcək:
"2050-ci ilə qədər dəniz səviyyəsi -32 və ya -34 metrə çata bilər. Bunun işığında biz iqlim dəyişikliyinin həyat keyfiyyətimizə də təsir edə biləcəyini başa düşürük.
Biz hesab edirik ki, iqlim dəyişikliyinin dəniz mühitinə və Xəzər dənizinin təbii ərazilərinə mənfi təsirini azaltmaq üçün hərtərəfli strategiyanın hazırlanması zəruridir.
Ölkələr ciddi nəticələrə səbəb ola biləcək problemin həlli üçün güclərini birləşdirməlidirlər. Biz Xəzərin dayazlaşması problemi ilə bağlı işçi qrupun yaradılması məsələsində Azərbaycanı dəstəkləyirik".
Aygün Mirakif
"Xəzər dənizi" teqi üzrə xəbərlər
- Balıq məhsullarının satışı üzrə yeni bazarlar salınacaq
- Milli Məclis "Azəri", "Çıraq", "Günəşli" yataqları ilə bağlı layihəni təsdiqləyib
- Xəzərdə yeni adalar yaranıb
- Xəzər dənizi fəlakət astanasında: "Prosesləri proqnozlaşdırmaq son dərəcə çətindir"
- Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi təsir edir