Bu gün aparıcı ölkələrin Mərkəzi Bankları öz faiz siyasətlərini yenidən dəyərləndiriblər.
Oxu.Az Bloombeg-ə istinadən xəbər verir ki, Türkiyə Mərkəzi Bankı iclasında faizləri artırıb. Bank həftəlik repo faizini, borclanma faizini sabit saxlayıb. Gec likvidlik pəncərəsinin (GLP) borcvermə faizini isə 0,5 faiz bəndi artıraraq 12,75%-ə çatdırıb.
Ukrayna Mərkəzi Bankı (NBU) da bu gün keçirdiyi iclasda uçot dərəcəsini 13,5%-dən 14,5%-ə yüksəldib.
Avropa Mərkəzi Bankı ilin son iclasında gözləntilərə uyğun olaraq faiz dərəcələrini dəyişməyib. Siyasət faizini sıfır, əmanət üzrə faiz dərəcəsini 0,40, marjinal maliyyə faiz dərəcəsini isə 0,25 faizdə saxlayıb.
İngiltərə Bankı da (BOE) bugünkü toplantısında faiz dərəcəsi və aktiv alış hədəfinə toxunmayıb.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının qərarından sonra dollar türk lirəsinə nisbətdə 3,83 lirədən 3,89 lirəyə yüksəlib.
L.Ə.