İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Dövlətinə işgüzar səfəri zamanı Azərbaycan - İsrail Birgə Komissiyasının 4-cü iclasında iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
"Ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin təşviqini vurğulayaraq ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, rəqəmsallaşma, turizm və digər sahələrdə birgə fəaliyyətin gücləndirilməsi imkanlarını dəyərləndirdik. Bu addımlar iqtisadi əməkdaşlığın şaxələndirilməsinə və biznes tərəfdaşlığımızın möhkəmləndirilməsinə dair ortaq hədəflərimizi əks etdirir", - M.Cabbarov bildirib.
İsrail Dövlətinə işgüzar səfərimiz çərçivəsində həmkarlarla birlikdə #Azərbaycan – #İsrail Birgə Komissiyasının 4-cü iclasında iştirak etdik.
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 20, 2025
Ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin təşviqini vurğulayaraq #ticarət, #investisiya, #enerji, kənd təsərrüfatı,… pic.twitter.com/HH3QBefLfs