Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mikayıl Cabbarov: "Karbonsuzlaşma prosesində fiskal alətlərin rolu dəyərləndirilir"
"Ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Bugünkü tədbir COP29-un məqsədlərinə birbaşa uyğundur".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Vergi Xidmətinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə birlikdə keçirdiyi Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumunda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, gündəlik - karbonsuzlaşma prosesində fiskal alətlərin rolunu dəyərləndirməkdir:
"Bir sıra nüfuzlu beynəlxalq təşkilatların, habelə IOTA-ya üzv ölkələrin nümayəndələri ilə bu barədə müzakirələr aparmaq bizim üçün səmərəli olacaq".
Qeyd edək ki, bu gün Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum işə başlayıb. Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə IOTA üzvü ölkələrdən 40-dan çox yüksəkvəzifəli vergi rəsmisi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC UN), Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq İqlim Dəyişikliyi və İnkişaf Mərkəzi (ICCCAD), Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq təşkilatların nümayəndələri, biznes liderləri iştirak edirlər. İki gün davam edəcək Beynəlxalq Forumda karbon qiymətlərinin müəyyənləşdirilməsi mexanizmləri, onların tətbiqi ilə bağlı beynəlxalq təcrübə və yeni yanaşmalar müzakirə olunacaq.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Beynəlxalq Valyuta Fondunun rəsmisi xanım Marqaret Kotton çıxış ediblər.
Forumun birinci günündə "Karbon qiymətqoyma və karbon vergisinə giriş", "Karbon vergisinin tətbiqi: dünya təcrübəsi", "Karbon vergisinin iqtisadi təsirləri" və "Karbon vergisindən istifadə və innovasiya" mövzularında sessiyalar keçiriləcək.
Sessiyalar zamanı karbon vergiləri, emissiyaların ticarət sistemləri və hibrid modellər kimi müxtəlif karbon qiymətlərinin müəyyən edilməsi yanaşmaları, karbon qiymətlərinin təhlili, bu siyasətin inkişafı və beynəlxalq əməkdaşlıq üçün prioritetlərin müəyyənləşdirilməsi, karbon qiymətlərinin digər iqlim siyasəti və təşəbbüsləri ilə inteqrasiyası müzakirə olunacaq. Mövcud və yeni yaranan karbon qiymətqoyma, karbon vergisinin icmalı, məqsədi və qlobal nümunələr, karbon vergisinin tətbiqi ilə bağlı çətinliklər və uğurlu təcrübələr, karbon vergisinin iqtisadi təsirlərinin təhlili, istifadə strategiyaları, texnoloji innovasiya və yaşıl enerjinin sürətləndirilməsində rolu kimi mövzular barədə təqdimatlar nümayiş etdiriləcək.
Forumun ikinci günündə iki sessiya keçiriləcək. "Maraqlı tərəflərin perspektivləri və ictimai iştirak" və "Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM)" mövzularında təşkil edilən sessiyalarda karbon vergisinin sosial təsiri, hökumət, biznes, QHT-lər və ictimaiyyətdən müxtəlif maraqlı tərəflərin baxışları, CBAM-ın məqsədi, əhatə dairəsi, iqtisadi və ətraf mühitə təsiri, CBAM-a Hazırlıq üçün Yol Xəritəsi barədə ətraflı məlumat veriləcək.
İkigünlük forum çərçivəsində karbon qiymətləndirilməsi mövzusunda müxtəlif müzakirələr, beynəlxalq təcrübədə tətbiq edilən mexanizmlərin nəzərdən keçirilməsi və konstruktiv dialoqların qurulması gözlənilir.
İqlim çağırışlarının həlli üçün maliyyə axınlarının səmərəli tənzimlənməsi mexanizmləri qlobal müzakirələrin əsas mövzusudur. Bu məsələ Bakıda bu gün işə başlayan #KarbonQiymətqoyma üzrə Beynəlxalq Forumun da əsas gündəliyidir. 2024-2025-ci illərdə Dövlət Vergi Xidmətinin… pic.twitter.com/O0eCdCuzVE
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 25, 2024
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşdü
- Tatarıstan Rəisi Rüstəm Minnixanov ölkəmizə üç avtobus bağışladı
- Mikayıl Cabbarov Müdafiə Sənayesi Nazirliyi işçilərini təbrik edib
- Mikayıl Cabbarovdan FHN işçilərinin peşə bayramı münasibətilə təbrik
- Mikayıl Cabbarov Heydər Əliyevin anım günü münasibətilə paylaşım edib