İqtisadiyyat naziri Mikayıl Cabbarov "Deloitte" şirkətinin qlobal enerji, resurslar və sənaye sektorları üzrə lideri Stenli Porter ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanın strateji inkişaf prioritetləri, ölkəmizin təmiz enerji sahəsində təşəbbüsləri və regional layihələrdə artan rolu haqqında məlumat verilib. SOCAR-ın beynəlxalq miqyasda genişlənmə strategiyasına dəstək üzrə "Deloitte" ilə uğurlu əməkdaşlıq həyata keçirildiyi bildirilib.
Tərəflər qlobal enerji keçidində trendlər, sənayedə dayanıqlılıq və karbonsuzlaşma təşəbbüsəri, həmçinin innovasiyaların tətbiqi ilə bağlı müzakirələr aparıb, əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov 30-cu Bakı Enerji Həftəsi çərçivəsində "Deloitte" şirkətinin Qlobal enerji, resurslar və sənaye sektorları üzrə lideri Stenli Porterlə görüşüb.
Oxu.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə "X" hesabında yazıb:
"Qlobal enerji keçidində trendlər, dayanıqlılıq və karbonsuzlaşma, innovasiyaların tətbiqi ilə bağlı müzakirələr apardıq, əməkdaşlıq perspektivlərini nəzərdən keçirdik".
30-cu Bakı Enerji Həftəsi (@BakuEnergyWeek) çərçivəsində "Deloitte" (@Deloitte) şirkətinin Qlobal enerji, resurslar və sənaye sektorları üzrə lideri Stenli Porterlə görüşdük. Qlobal #enerji keçidində trendlər, dayanıqlılıq və karbonsuzlaşma, innovasiyaların tətbiqi ilə bağlı… pic.twitter.com/yipHfCoUeg
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 4, 2025