“Nar” Bakıda keçirilən İnsan Resursları Forumunun rəsmi tərəfdaşı qismində çıxış edib.
Şirkətdən Oxu.Az-a verilən məlumata görə, insan resursları sahəsində yeniliklərin öyrənilməsi və bu sahədə təcrübənin bölüşülməsi nöqteyi-nəzərdən mühüm olan bu mötəbər forumda mobil operator mütəxəssislərdən ibarət nümayəndə heyəti ilə iştirak edib.
“Azerfon” şirkətinin İnsan resursları departamentinin aparıcı direktoru Mətanət Babayeva ekspert qismində qatıldığı tədbirdə geniş və əhatəli təqdimatla çıxış edib.
Korporativ mədəniyyət və insan resursları mövzusunda edilən çıxış tədbir iştirakçılarının böyük marağına səbəb olub. İnsan Resursları Forumu – 2015 beynəlxalq təcrübə və problemə yerli yanaşmanın öyrənilməsi baxımından son dərəcə əhəmiyyətli olub.
Ülviyyə R. Əli
www.oxu.az