"İqtisadi artıma və biznesə vergi siyasətinin dəstəyi kifayət qədər yüksəkdir".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşuna dair müzakirədə bildirib.
O bildirib ki, Ələt İqtisadi Zonası, işğaldan azad olunmuş ərazilər, sənaye və texnologiya parkları, dövlət-özəl tərəfdaşlığı layihələri, kənd təsərrüfatı sektoru və s. bu kimi istiqamətlərdə çoxsaylı vergi güzəştləri qüvvədədir:
"Növbəti büdcə paketində isə təkcə iki böyük güzəşt istiqamətini göstərmək kifayətdir. Bunlar Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramı çərçivəsində vergi və sosial sığorta güzəştlərinin tətbiqi və ƏDV məqsədləri üçün qeydiyyat həddinin 200 min manatdan 400 min manatadək artırılmasıdır".
Mərahim Nəsib