Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəli elan olunub.
Oxu.Az AzərTAc-a istinadən həmin siyahını təqdim edir:
Fikrət Məmmədov, Ədliyyə naziri - 4 fevral, Salyan rayonunda vətəndaşları qəbul edəcək.
Qərib Məmmədov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri - 6 fevral, Saatlı rayonunda vətəndaşları qəbul edəcək.
Hicran Hüseynova, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri - 12 fevral, Neftçala rayonunda vətəndaşları qəbul edəcək.
Zakir Qaralov, Baş prokuror - 13 fevral, Şamaxı rayonunda vətəndaşları qəbul edəcək.
Mikayıl Cabbarov, Təhsil naziri - 16 fevral, Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.
Elman Mehdiyev, Dövlət Sosial Müdafiə Fondunun sədri - 19 fevral, Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.
Elçin Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi - 19 fevral, Lənkəran rayonunda vətəndaşları qəbul edəcək.
Arzu Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi - 19 fevral, Gəncə şəhərində vətəndaşları qəbul edəcək.
Kəmaləddin Heydərov, Fövqəladə hallar naziri - 20 fevral, Astara rayonunda vətəndaşları qəbul edəcək.
Hüseynqulu Bağırov, Ekologiya və təbii sərvətlər naziri - 20 fevral, Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Şahin Mustafayev, İqtisadiyyat və Sənaye naziri - 20 fevral, Şabran rayonunda vətəndaşları qəbul edəcək.
Heydər Əsədov, Kənd təsərrüfatı naziri - 20 fevral, Qax rayonunda vətəndaşları qəbul edəcək.
Oqtay Şirəliyev, Səhiyyə naziri - 20 fevral, Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək.
Əli Abbasov, Rabitə və yüksək texnologiyalar naziri - 20 fevral, Ağsu şəhərində vətəndaşları qəbul edəcək.
Fazil Məmmədov, Vergilər naziri - 21 fevral, Hacıqabul rayonunda vətəndaşları qəbul edəcək.
Kərəm Həsənov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri - 21 fevral, Bərdə rayonunda vətəndaşları qəbul edəcək.
Əbülfəs Qarayev, Mədəniyyət və turizm naziri - 24 fevral, Ağdaş rayonunda vətəndaşları qəbul edəcək.
Mübariz Qurbanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri - 24 fevral, Göyçay rayonunda vətəndaşları qəbul edəcək.
Azad Rəhimov, Gənclər və idman naziri - 25 fevral, Qusar rayonunda vətəndaşları qəbul edəcək.
Səlim Müslümov, Əmək və əhalinin sosial müdafiəsi naziri - 27 fevral, Masallı rayonunda vətəndaşları qəbul edəcək.
Ziya Məmmədov, Nəqliyyat naziri - 27 fevral, Lənkəran rayonunda vətəndaşları qəbul edəcək.
Aydın Əliyev, Dövlət Gömrük Komitəsinin sədri - 27 fevral, İmişli rayonunda vətəndaşları qəbul edəcək.
Məleykə Abbaszadə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri - 27 fevral, Xaçmaz rayonunda vətəndaşları qəbul edəcək.
Ramil Usubov, Daxili işlər naziri - 28 fevral, Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Qeyd: Vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.