Bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Neft Daşları” yatağındakı 1887 saylı Stasionar Dəniz Özülündən 1813 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, Quyu Fasilə Lay Dəstəsindən sutkalıq 30 ton neft hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.
Gülnarə Zeynalova
www.oxu.az