Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
Bu barədə Dövlət Neft Fondundan (SOFAZ) Oxu.Az-a bildirilib.
Məlumata görə, Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 2,9 milyon ABŞ dolları məbləğində vəsait 8 banka satılıb.
Fonddan bildirilib ki, il ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.
Ülviyyə R. Əli
www.oxu.az