Dövlət Neft Fondu tərəfindən noyabr ayı ərzində valyuta hərraclarında 208,9 mln. dollar məbləğində vəsait satılıb.
Oxu.Az Neft Fonduna istinadən xəbər verir ki, oktyabr ayında bu rəqəm 318,7 mln. dollar olub.
Sentyabr ayında keçirilən valyuta hərraclarında ARDNF 252,2 mln. dollar satıb. Avqust ayında bu rəqəm 292,6 mln dollar olub. Ümumilikdə, yanvar-noyabr ayları ərzində ARDNF valyuta hərraclarında 3 mlrd. 13,32 mln. dollar satıb.
L.Ə.