Azərbaycanda meyvə şirəsi bazarı kifayət qədər inkişaf edib. Bu inkişafda böyük rolu olanlardan biri də "Az-Granata" şirkətidir.
Şirkətin istehsal etdiyi "Vita1000" şirələri çoxdandır ki, həm yerli, həm də xarici alıcıların rəğbətini qazanıb.
Meyvə şirəsi bazarının əsas iştirakçılarından biri olan "Vita1000" şirələri 2011-ci ildən istehsal olunur və üstünlük verilən şirələrdəndir. İstehlakçıların sevimlisi "Vita1000" meyvə suları 12 çeşiddə təqdim olunur.
İmic kampaniyasının bir hissəsi olan çarxda "Vita1000" şirələrinin istehlakçılara bəxş etdiyi müsbət məqamlar əks olunub.
Reklam çarxının əsas məqsədi "Vita1000" meyvə sularında illər keçsə də, dadın və keyfiyyətin hər zaman eyni qaldığını istehlakçının nəzərinə çatdırmaqdır. Bu nüanslar yeni şüarda da öz əksini tapıb: “Dəyişməz dad, unudulmaz anlar”.
