Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin sentyabrın 30-na olan investisiya portfelinin valyuta bölgüsünü açıqlayıb.
Oxu.Az xəbər verir ki, fondun ümumi portfeli 70 milyard 160.3 milyon ABŞ dolları təşkil edir.
Fondun portfeli müxtəlif valyutalar üzrə belə bölünüb:
ABŞ dolları 47 milyard 589 milyon, avro 11 milyard 987.8 milyon, ingilis funt sterlinqi 2 milyard 554.7 milyon, Çin yuanı 11 milyard 379.6 milyon, yapon yeni 140 351.9 milyon, digər valyutalar isə 2 milyard 533.9 milyon təşkil edir.
Fondun ABŞ dolları portfelinin 32.8%-i, yəni 22 milyard 982.9 milyon dolları qızıl investisiyalarına yönəldilib.