ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 2,5 dollar azalaraq 57,15 dollar olub.
Oxu.Az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,98 dollar azalaraq 52,94 dollar təşkil edib.
Qeyd edək ki, amerikalı diplomatlar bildirir ki, İranla “Altılıq” ölkələri (ABŞ, Çin, Böyük Britaniya, Almaniya, Fransa, Rusiya) arasında nüvə proqramına dair razılıq əldə oluna bilər.
Xatırladaq ki, bu halda Texas markalı neftin qiymətinin 50 dollara enəcəyi proqnozlaşdırılır.
Ülviyyə R. Əli
www.oxu.az