Neft 2025-ci ildə ucuzlaşmağa davam edə bilər.
Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol xəbərdarlıq edib.
O, proqnozunu istehsal həcminin böyüməsi, Çin iqtisadiyyatının artım tempində yavaşlamasına görə tələbatın artmaması ilə əsaslandırıb. Birol vurğulayıb ki, BEA Çində baş verənlərə görə bazarlarda tələbatın zəif artdığını görür. Buna görə də digər sürprizlər olmazsa, BEA neft qiymətlərinin daha da aşağı düşəcəyini gözləyir.
Qeyd olunur ki, 2024-cü ildə BEA neftə qlobal tələbatın artımının azalacağını proqnozlaşdırdığı üçün amerikalı respublikaçılar tərəfindən tənqid edilib. Daha sonra agentlik təmiz enerjiyə həddindən artıq diqqət yetirməkdə günahlandırılıb.